NATO Ukraynanın qələbəsinə inamını itirib

09:39 - 20 Avqust 2023

NATO Ukraynanın qələbəsinə inamını itirib

Şimali Atlantika Alyansı Ukraynanın münaqişədəki qələbəsinə inamını itirib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti istefada olan britaniyalı polkovnik Riçard Kempə istinadən məlumat yayıb.

"Yens Stoltenberq ofisinin rəhbəri Stian Yensen, sülh müqaviləsinin Kiyevin NATO-ya üzv olmaq müqabilində Rusiyanın lehinə ərazilərdən imtina etməsini nəzərdə tuta biləcəyini söylədi", - deyə o bildirib.

Britaniyalı polkovnik əmin olduğunu bildirib ki, NATO Baş Katibinin ofisinin rəhbərinin sözləri Qərb dövlətlərinin Ukrayna dövləti ilə bağlı real niyyətlərini əks etdirir, onları “daha ucuza” və mümkün qədər tez satmaq niyyətindədirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az