“Kamaz”ın təsisçisi dünyasını dəyişdi

13:40 - 21 Avqust 2023

“Kamaz”ın təsisçisi dünyasını dəyişdi

Rusiyanın “Kamaz” şirkətinin təsisçisi və ilk direktoru Lev Vasilyev 99 yaşında dünyasını dəyişib.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Tatarıstanın Rusiyadakı səlahiyyətli nümayəndəliyi öz sosial şəbəkə hesabında paylaşıb. 

Qeyd edək ki, L.Vasilyev 1969-cu ildən 1981-ci ilə qədər “Kamaz” zavoduna rəhbərlik edib. O, həmçinin 1949-cu ildən “Moskviç” zavodunun baş direktoru vəzifəsində də çalışıb. Eyni zamanda Vasilyev 1984-1988-ci illərdə SSRİ-nin Yüngül və Qida Sənayesi, Məişət Avadanlıqları üzrə Maşınqayırma Nazirliyinə rəhbərlik edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az