Şimali Koreya milli hava yolu şirkəti koronavirusdan sonra ilk beynəlxalq uçuşunu ləğv edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, jurnalistlər illər sonra reallaşacaq JS151 saylı Air Koryo reysinin uçuşunu gözləmək üçün hava limanına toplaşıblar. Lakin media komandası məyus olub.
Qeyd edək ki, Şimali Koreya 2020-ci ilin əvvəlindən bəri xarici dünyaya bağlıdır.
Air Koryo ləğvin səbəbini açıqlamayıb. Mövzu ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Aygün
Manşet.az