Yanmış "Ferrari"nin hissələri şok qimətə satıldı  

15:11 - 21 Avqust 2023

Yanmış \"Ferrari\"nin hissələri şok qimətə satıldı  

ABŞ-da keçirilən hərracda 1960-cı illərdə yanmış köhnə Ferrari-nin yarış avtomobilinin hissələri təxminən 2 milyon dollara satılıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, avtomobil yarış zamanı yanıb və "Ferrari"nin ilk yarış sürücüsü Franko Kortese tərəfindən istifadə edilib.

Müstəxəssislər yeni alıcının yarışlarda iştirak etmək üçün onu bərpa etmək istəyəcəyini bildiriblər. Sözügedən avtomobilin gövdəsini dizayner Pinin Farina hazırlayıb.

Dünyada yalnız 13-ü istehsal edilən modeli digər 12 avtomobildən fərqləndirən xüsusiyyət qatılacağı yarışlardan əvvəl köhnə mühərrikin çıxarılaraq 8 silindrli mühərriklə əvəzlənməsidir.

"Ferrari" dəfələrlə qəzaya uğrayıb və yanğına məruz qalıb.

Avtomobil 1978-ci ildə onu zədələnmiş vəziyyətdə saxlayan ABŞ kolleksiyaçısı tərəfindən alınıb.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az