Məşhur çimərlikdə ət yeyən bakteriyalar sürətlə artdı  

15:53 - 21 Avqust 2023

Məşhur çimərlikdə ət yeyən bakteriyalar sürətlə artdı  

ABŞ-ın dünyaca məşhur çimərliklərində ət yeyən bakteriya kabusu yaşanır.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Floridada bu il 26 hadisə qeydə alındıqdan sonra 5 nəfərin "bakterial infeksiya"dan öldüyünü açıqlanıb.

Beləki, ötən il ABŞ-ın Florida ştatında baş vermiş İan qasırğası ilə bağlı “ət yeyən bakteriya” infeksiyasına yoluxma halları artıb. Bakteriya qan dövranına təsir edir, qızdırma, titrəmə, təzyiqin düşməsi və qabarcıq dəri lezyonları kimi əlamətlərlə həyati təhlükəsi olan ciddi xəstəliklərə səbəb ola bilir. Həmçinin, səlahiyyətlilər bakteriyanın dərinin parçalanmasına və dəri infeksiyasına səbəb ola biləcəyini qeyd ediblər.

Bu hallar İan qasırğası zamanı okeanda kanalizasiya sızması ilə bağlı olub. Bu bakteriyanın yaşamaq üçün duza ehtiyacı var. Mütəxəssislər onun ilıq, şor dəniz suyunda tapıla biləcəyini və yayda daha sürətlə inkişaf edəcəyini qeyd edib.

Qeyd edək ki, keçən il bölgədə "qeyri-adi dərəcədə yüksək" olaraq xarakterizə edilən 74 hadisə və 17 ölüm halı qeydə alınıb.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az