Mavritaniyanın cənubunda və cənub-şərqində güclü yağışlardan sonra baş verən daşqınlarda 4 uşağın həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Mavritaniya Daxili İşlər Nazirliyi açıqlama verib.
Açıqlamaya görə ölkənin cənubundakı Asaba əyalətində və ölkənin cənub-şərqində Qərb Hövzəsi əyalətində leysan yağışları səbəbindən daşqınlar baş verib.
Asabada 3 uşaq, Qərb hövzəsində isə 1 uşaq boğularaq ölüb.
Bölgədə baş verən daşqınlar elektrik dirəklərinin, bəzi bəndlərin uçması və ya zədələnməsi kimi maddi itkilərə səbəb olub.
Qeyd edək ki, Mavritaniyada hər il iyul-oktyabr aylarında qeydə alınan güclü yağışlar insan tələfatı ilə yanaşı, böyük maliyyə itkilərinə də səbəb olur.
Aygün
Manşet.az