İspaniya kralı VI Felipenin qızı, 17 yaşlı şahzadə Leonor kral ənənəsi çərçivəsində üç illik hərbi təlim keçəcək.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İspaniya taxt-tacının varisi, gələcək kraliça şahzadə Leonor artıq hərbi təlimlərə başlayıb və ilk günündə formada çəkdirdiyi fotoşəkilləri mətbuatda yer alıb.
Şahzadə Leonor kral ənənələri çərçivəsində daxil olduğu hərbi məktəbdə üç il təhsil alacaq.
Şahzadə Leonor mətbuata verdiyi açıqlamada həyəcanlı olduğunu bildirib.
Qeyd edilib ki, şahzadənin saçları ordu qaydaları çərçivəsində kəsiləcək.
Gələcək Şahzadənin təlim prosesindən sonra donanma məktəbinə gedəcəyi gözlənilir.
Aygün
Manşet.az