Zelenski Yunanıstanda getdi

22:10 - 21 Avqust 2023

Zelenski Yunanıstanda getdi

Ukrayna Prezidenti Volodimir Zelenski Şimali Avropa ölkələrinə səfərindən sonra Yunanıstana gəlib. Orada Zelenskinin bir sıra görüşlər keçirməsi planlaşdırılır.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti videomüraciətində məlumat verib.

"Biz Yunanıstana səfərimizi davam etdiririk. Artıq gəlmişik. Yunanıstan Prezidenti, Baş naziri ilə danışıqlarımız olacaq”, - deyə Zelenski əlavə edib.

Ukrayna Prezidentinin sözlərinə görə, danışıqlarda əsas mövzular Avropada insanların həyatını və azadlığını qorumaq istiqamətində atılacaq işlər olacaq.

Zelenski Ukrayna-Balkan sammitində iştirak edəcəyini də bildirib. Balkan ölkələrinin liderləri ilə ümumi yığıncaq keçiriləcək, onlar Avropa və Avratlantik inteqrasiyanın koordinasiyası, müdafiə sahəsində əməkdaşlıq və təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.

Prezident, həmçinin Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen ilə görüş keçirəcəyini də açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az