Yunanıstan ukraynalı pilotlara təlim keçəcək

09:16 - 22 Avqust 2023

Yunanıstan ukraynalı pilotlara təlim keçəcək

Yunanıstan ukraynalı pilotlara F-16-ların idarə edilməsi istiqamətində təlim keçəcək. 

 

Manset.az xəbər erir ki, bunu Yunanıstanda səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat nümayəndələri üçün keçirilən görüşdə deyib.

V. Zelenski bildirib ki, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşdə Ukraynanın müdafiə qabiliyyətini müzakirə edib və Rusiyanın təcavüzünün sonunu sürətləndirə biləcək konkret məqamlar barədə danışıb.

“Biz bu gün aviasiya koalisiyası üçün vacib nəticələrə sahibik. Yunanıstan ukraynalı pilotlara F-16-ların idarə edilməsi istiqamətində təlim keçəcək”, - deyə V.Zelenski vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az