Priqojin Vaqner üsyanından sonra ilk dəfə paylaşım etdi

10:49 - 22 Avqust 2023

Priqojin Vaqner üsyanından sonra ilk dəfə paylaşım etdi

Rusiyanın “Vaqner” özəl mühafizə şirkətinin qurucusu Yevgeni Priqojin Rusiya administrasiyasına qarşı üsyanından sonra ilk dəfə görüntülər paylaşıb.

 

Manset.az xaricimediaya istinadən xəbər verir ki, Priqojin görüntüləri Telegram kanalında paylaşıb.  

Vaqner lideri görüntülərdə 50 dərəcəni keçən bir temperaturda olduqlarını bildirib.

Priqojin öz döyüşçü yoldaşları ilə iyun ayında Rusiya hökumətinə qarşı silahlı üsyana başlayıb. Üsyan Belarus prezidenti Aleksandr Lukaşenkonun müdaxiləsi ilə başa çatıb.

Qeyd edək ki, Priqojin iyulun 29-da Afrique Media telekanalına Afrika ölkələrində Vaqner döyüşçülərinin sayını artırmağa hazır olduqlarını bildirib.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az