Kambocanın baş naziri Hun Senin 38 illik baş nazirlik postundan istefa verib və bu vəzifəni böyük oğlu Hun Manetə buraxıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Hun Manet Kamboca Milli Assambleyasının təsdiqindən sonra ölkənin yeni baş naziri olub.
Qeyd edək ki, 45 yaşlı Hun Manet 20 aprel 2023-cü ildə Baş Qərargah rəisi vəzifəsinə təyin olunub və ötən ay keçirilən seçkilərdə ilk dəfə parlamentə girməyi bacarıb. Bildirilir ki, Hun Manet ABŞ-ın West Point Hərbi Akademiyasında və Bristol Universitetində qərb tipli təhsil alması səbəbindən ölkədə daha liberal idarəetmə yanaşması tətbiq edə bilər.
Aygün
Manşet.az