Tramp və oğlunu hədələyən qadın SAXLANILDI

14:54 - 22 Avqust 2023

Tramp və oğlunu hədələyən qadın SAXLANILDI

Çikaqolu qadın ABŞ-nin keçmiş prezidenti Donald Tramp və oğlu Berronu güllələmək üçün e-poçt təhdidləri göndərməkdə ittiham olunaraq həbs edilib.

 

Manset.az xəbər verir ki, 41 yaşlı Treysi Mari Fiorentsa may ayında elektron məktub göndərərək, ilk fürsətdə Tramp və oğlunun üzünə atəş açacağı ilə hədələyib.

Mesaj eks-prezidentin Mar-a-Laqo iqamətgahının olduğu Florida ştatının Palm-Biç şəhərindəki təhsil müəssisələrindən birinin rəhbərinə göndərilib. İyun ayında Fiorentsa daha bir oxşar təhdid məktubu göndərib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az