Yaponiya hökuməti 2011-ci ildə güclü zəlzələ və sunami nəticəsində zədələnmiş Fukusima Daiiçi Atom Elektrik Stansiyasında yığılan radioaktiv tullantı sularının nəzarətli şəkildə dənizə buraxılması ilə bağlı yekun qərarını verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiyanın Baş naziri Fumio Kişida təmizlənmiş radioaktiv tullantı sularının dənizə buraxılmasına avqustun 24-ü cümə axşamı günü başlanılacağını açıqlayıb.
Yaponiya hökuməti şəffaf şəkildə həyata keçiriləcək evakuasiya prosesinə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) tərəfindən də nəzarət ediləcəyini açıqlayıb. MAQATE ekspertləri hazırladıqları hesabatda Tokionun təxliyyə planının beynəlxalq standartlara uyğun olduğu və ətraf mühitə “əhəmiyyətsiz” təsirinin olacağı qeyd edilib.
Qeyd edək ki, Çernobıl fəlakətindən sonra ən böyük nüvə fəlakəti olan Fukuşima Atom Elektrik Stansiyasında baş verən qəzada zəlzələ və sunamidən sonra 3 nüvənin əriməsi nəticəsində radiasiya sızması meydana gəlib. Bildirilib ki, bölgədə minlərlə insanın təxliyəsi ilə nəticələnən qəzadan sonra 1,3 milyon ton radioaktiv tullantı su yaranıb. Yaponiya hökuməti uzun araşdırma prosesindən sonra tullantı sularının beynəlxalq standartlara uyğun təmizlənməsi və dənizə buraxılması barədə qərar qəbul edib. Tokionun qərarı, ilk növbədə yerli balıqçılar və Yaponiyanın qonşuları tərəfindən ictimai etirazlara səbəb olub.
Aygün
Manşet.az