Güney Azərbaycanın “Traktor” və Birləşmiş Ərəb Əmirliklərinin “Şarja” futbol komandaları arasında keçiriləcək oyuna qadın tamaşaçılar buraxılmayacaq.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İranın anti-qadın rəsmiləri lazımi infrastrukturun olmaması bəhanəsi ilə qadınların oyuna qatıla bilməyəcəklərini bildirib.
Qeyd edək ki, ŞərqiAzərbaycan əyalətinin İdman və Gənclər Təşkilatın baş direktoru Həbib Sotudenejad ötən həftə futbol oyunlarında qadınların iştirakının təsdiqləndiyini açıqlamışdı.
Aygün
Manşet.az