Şimali Koreyada gözlənilən uçuş gerçəkləşdi

17:29 - 22 Avqust 2023

Şimali Koreyada gözlənilən uçuş gerçəkləşdi

Şimali Koreyada dövlətə məxsus Tupolev Tu-204 JS151 reysi Covid-19 epidemiyasından sonra Çinə ilk beynəlxalq uçuşunu edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, 210 sərnişin tutumlu Tupolev Tu-204 təyyarəsi yerli vaxtla saat 09:16-da Pekinin Paytaxt Beynəlxalq Hava Limanına eniş edib.

Təyyarədə olan sərnişinlərin kim olduğu və təyyarənin neçə sərnişin daşıdığı məlum deyil.

Pxenyandan havaya qalxan təyyarə Çinə çatdıqdan sonra yerli vaxtla saat 13:05-də Çindən Şimali Koreyaya uçuş həyata keçirib. Pekin hava limanında yanlarında Şimali Koreya bayrağı olan çoxlu sərnişinin olduğu qeyd edilib.

Çin Xarici İşlər Nazirliyinin dünən verdiyi açıqlamada, Covid-19 epidemiyası səbəbiylə sərhədlərin bağlanmasından sonra dayandırılan Pekin uçuşlarının 3,5 ildən sonra bərpa edildiyi açıqlanıb.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az