Türkiyənin Çanaqqala şəhərinin Damyeri rayonunda meşə yanğını baş verib.
Manset.az-ın məlumatına görə, baş verən meşə yanğınına havadan və qurudan yanğınsöndürmə qrupları tərəfindən müdaxilə edilir.
Hal-hazırda davam edən yanğına Çanaqqala Meşə Region Müdirliyinə aid 6 yanğınsöndürmə helikopteri, 5 təyyarə, 7 dozer, 29 su təchizatı sövq edilib.
Qeyd edək ki, Çanaqqalanın Damyeri ərazisində ki, meşədə səhər saat 12.30 radələrində yanğın baş verib.
Yanğın küləyin təsiri ilə ətrafa yayılıb. Çanaqqala valiliyi yanğın bölgəsinə yaxın olan Kayadere kəndinin ehtiyat tədbiri olaraq boşaldıldığını açıqlayıb.
Məlumat üçün qeyd edək ki, baş verən yanğını hələ də nəzarətə almaq mümkün olmayıb
Jalə
Manşet.az