Çanaqqalada meşə yanğını nəticəsində 4 nəfər xəsarət alıb.
Manset.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca tviter səhifəsində bildirib.
Nazir Çanaqqalada meşə yanğınlarının davam etdiyini qeyd edib.
Onun sözlərinə görə, bu gün saat 12.54-də Çanaqqalada başlayan meşə yanğınında 4 nəfər tüstüdən zərər çəkib və müalicəsi davam edir. Yanğınla əlaqədar 23 təcili tibbi yardım maşını və 4 UMKE qrupu ilə birlikdə ümumilikdə 85 səhiyyə işçisi ayrılıb.
Jalə
Manşet.az
Bugün saat 12.54’te Çanakkale merkezde başlayan orman yangınında 4 kişi dumandan etkilenmiş olup, tedavileri devam etmektedir. Yangın sebebiyle 23 Ambulans ve 4 UMKE Timi ile toplam 85 sağlık personeli görevlendirmesi yapılmıştır. Çanakkale halkına geçmiş olsun dileklerimizi…
— Dr. Fahrettin Koca (@drfahrettinkoca) August 22, 2023