Pakistanın Xayber-Paxtunxva əyalətinin Battaqram bölgəsində məktəbə gedən 6-sı uşaq olmaqla 8 nəfər kanat yolu naqilinin qırılması nəticəsində 14 saat 914 metr hündürlükdə köməksiz qalıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ilə bağlı Pakistanın müvəqqəti hökumətinin baş naziri Ənvarul Hak Kakar Twitter sosial media platformasında açıqlama verib.
Bildirilib ki, kanatda sıxışan 8 nəfər təhlükəsiz şəkildə xilas edilib.
Bölgədə yol və körpü olmadığından yerli əhali çaydan nəqliyyatı kanat yolu ilə təmin edir. Nəqliyyat infrastrukturunun olmaması səbəbindən hər gün ən azı 150 şagird məktəbə getmək üçün kanatla təhlükəli səyahət edir.
Aygün
Manşet.az