Ukrayna 3 pilotsuz təyyarə ilə Moskvaya hücum etdi

14:09 - 23 Avqust 2023

Ukrayna 3 pilotsuz təyyarə ilə Moskvaya hücum etdi

Ukrayna 3 pilotsuz uçuş aparatı (PUA) ilə paytaxt Moskvaya hücum etməyə cəhd edib.     

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Bildirilib ki, Kiyev rejiminin Moskva şəhərinə 3 PUA ilə terror hücumu cəhdinin qarşısı gecə saatlarında Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən alınıb.

Açıqlamada İHA-lardan ikisinin Moskva vilayətinin Mojayskiy və Himki rayonlarının hava məkanında məhv edildiyi qeyd edilib. Üçüncü PUA isə elektron döyüş vasitələri tərəfindən vurularaq idarəetməni itirib və Moskva şəhərində tikilməkdə olan binaya çırpılıb.

Hücum zamanı itki olmadığı bildirilib.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az