"Qalatasaray"ın argentinalı ulduz futbolçusu Mauro İkardinin həyat yoldaşı və meneceri Wanda Nara sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Wanda Nara paylaşımı ilə İkardinin "Qalatasaray"a olan marağını və sevgisini daha yaxından göstərib.
Beləki, Wanda Nara sosial şəbəkə izləyicilərinin suallarını cavablandırıb. İzləyicisinin İkardinin “Qalatasaray” sevgisi haradan qaynaqlanır?, - sualına ulduz futbolçunun həyat yoldaşı yumoristik cavab verib. Wanda Nara bildirib ki, məndən qaynaqlana bilər. Amma indi də elə bilirəm ki, o “Qalatasarayı” məndən çox sevir.
Wanda Naranın maraqlı və yumoristik cavabı sosial media platformalarında böyük əks-səda doğurub. Yazı qısa müddətdə çoxlu bəyənmə və şərh alıb.
Aygün
Manşet.az