Pakistanın Hayber Paxtunxva əyalətində hərbi konvoya hücum nəticəsində 6 əsgər həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qarşıdurmada 4 terrorçunun öldürüldüyü, 2 yaraqlının isə yaralandığı bildirilib.
Pakistan ordusundan verilən açıqlamada ölkənin Əfqanıstanla sərhədində yerləşən Cənubi Vəziristan bölgəsində hərbi konvoya hücum edildiyi açıqlanıb.
Açıqlamada hücum edənlərin tutulması üçün bölgədə əməliyyatın başladığı qeyd edilib. Hücuma görə məsuliyyəti Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) öz üzərinə götürüb.
Pakistan Münaqişə və Təhlükəsizlik Araşdırmaları İnstitutunun məlumatına görə bu ilin ilk altı ayında terror hücumları 2022-ci illə müqayisədə 79 faiz artıb.
İlin ilk 6 ayında 271 terror aktı baş verib, 389 nəfər həyatını itirib. Ötən ilin eyni dövründə 151 terror aktı baş verib, 293 nəfər həyatını itirib.
Aygün
Manşet.az