Rusiya “Proqres MS-24” maşınını kosmosa göndərdi

16:47 - 23 Avqust 2023

Rusiya “Proqres MS-24” maşınını kosmosa göndərdi

Rusiyanın “Proqres MS-24” karqo maşınını Qazaxıstanın Baykonur kosmodromundan “Soyuz-2.1a” daşıyıcı raketi ilə kosmosa buraxıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Kosmik Agentliyi məlumat verib. Açıqlamada “Proqres-MS-24” yük gəmisini daşıyan “Soyuz-2.1a” raketinin yerli vaxtla saat 04:08-də Qazaxıstanın Baykonur Kosmodromundan uğurla buraxıldığı bildirilib.

Təxminən 1535 kiloqram avadanlıq, 500 kiloqram yanacaq, 420 litr içməli su, eksperimental qurğular, qida, geyim və tibbi ləvazimatlardan ibarət təxminən 2,5 ton yük daşıyan kosmik gəminin Beynəlxalq Kosmik Stansiyaya 2 gün sonra çatması gözlənilir.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az