Hindistanın Mizoram ştatında tikilməkdə olan dəmir yolu körpüsünün uçması nəticəsində azı 17 işçi həlak olub.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bölgəyə xilasedicilər və tibb briqadası göndərilib.
Əyalətin baş naziri Zoramthanqa xilasetmə işlərinin davam etdiyini açıqlayıb.
Hindistan mediası dağıntı zamanı ərazidə təxminən 35-40 işçinin olduğunu bildirib.
Hindistanın baş naziri Narendra Modi sosial media hesabından paylaşım edərək həyatını itirənlərin ailələrinə başsağlığı verib.
Qeyd edək ki, ötən ilin oktyabrında Qucarat ştatının Morbi şəhərində köhnə asma körpünün uçması nəticəsində 135 nəfər həyatını itirmişdi. İyun ayında ölkənin ən kasıb ştatı olan Biharda tikilməkdə olan asma körpünün uçması nəticəsində bir nəfər ölüb.
Aygün
Manşet.az