Ermənistanda tikinti normaları müasir standartlara cavab vermir - Paşinyan

00:17 - 24 Avqust 2023

Ermənistanda tikinti normaları müasir standartlara cavab vermir - Paşinyan

“Ermənistanda mövcud tikinti normaları heç də həmişə müasir standartlara cavab vermir”.

 

Manset.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan tikinti şirkətlərinin nümayəndələri ilə görüşündə deyib.

Paşinyan həmçinin, tikinti sektorunda tez-tez baş verən qanun pozuntularını, keyfiyyətlə bağlı problemləri diqqətə çatdırıb.

“Əvvəlcə standartların yüksəldilməsi yolu ilə getməyi planlaşdırırdıq, lakin bunu bir gündə etmək olmaz, əks halda ölkədə bütün tikinti işləri dayandırılacaq”.
Ermənistanın baş naziri qeyd edib ki, ölkədə mənzil fondunun yenilənməsi üçün 15-20 il vaxt lazımdır.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az