Ağ Ev ötən gün axşam saatlarında Rusiyanın Tver vilayətində baş verən təyyarə qəzasında rus muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojinin ölümünü şərh edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Watson Priqojinin Rusiya prezidenti Vlodimir Putinlə əlaqələrini xatırladıb.
Adrienne Watson qəza ilə bağlı xəbərləri gördüklərini söyləyib. Bildirib ki, Priqojinin ölümünün təsdiqlənməsi sürpriz olmayacaq. Watson qeyd edib ki, Priqojinin Putinlə keçmişini nəzərə alsaq, buna heç kim təəccüblənməməlidir.
Aygün
Manşet.az