“Biz torpaqlarımızı heç bir ittifaq üzvlüyünə dəyişmərik” – Zelenski

12:27 - 24 Avqust 2023

“Biz torpaqlarımızı heç bir ittifaq üzvlüyünə dəyişmərik” – Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə 60-dan çox ölkə və beynəlxalq təşkilatın iştirakı ilə keçirilən Krım Platformasının 3-cü Sammitindən sonra mətbuat konfransı keçirib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, konfransda Zelenski Krım da daxil olmaqla Rusiyanın ilhaq etdiyi torpaqlardan NATO üzvlüyü üçün imtina etməsi ehtimalını dəyərləndirib.

Ukrayna prezidenti Krımın Ukraynaya aid olduğunu bildirib. O, qeyd edib ki, biz Krım və müvəqqəti olaraq işğal altında olan bütün digər Ukrayna torpaqları üçün mübarizə aparırıq və torpaqlarımızı heç bir ittifaqa üzv olmaq üçün dəyişdirməyəcəyik.

Görüşdə çıxış edən Zelenski Qərb tərəfdaşlarının Ukraynanı dəstəklədiyini, ABŞ prezidenti Co Bayden, Avropa İttifaqı (Aİ) və digər qitələrdəki ölkə liderləri ilə qarşılıqlı əlaqədə olduğunu bildirib.

Zelenski bu görüşlərdə “sülh formulu”, silah daşınması və hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi kimi məsələlərin müzakirə edildiyini, həmçinin, 19 ədəd F-16 təyyarəsi ilə bağlı Danimarka ilə dəqiq razılığın əldə edildiyini və bu təyyarələrin çatdırılmasının reallaşacağını bildirib.

Zelenski Ukrayna ordusunun hərbi texnikaya ehtiyacı olduğunu deyib:

"Cənub cəbhəsindəki vəziyyət sadə deyil. Burada hər yer minalanıb. Əsgərlərimiz az sayda zirehli texnikanı itirməmək üçün piyada irəliləyir. Əgər kifayət qədər ehtiyatımız olsaydı, risk edə bilərdik."

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az