Priqojinin qəzaya uğrayan təyyarəsində olan Rüstəm Kərimov kimdir?

12:39 - 24 Avqust 2023

Priqojinin qəzaya uğrayan təyyarəsində olan Rüstəm Kərimov kimdir?

Rusiyanın Tver vilayətində göyərtəsində "Vaqner" özəl hərbi şirkətinin (ÖHŞ) rəhbərliyinin olduğu təyyarə qəzaya uğrayıb. 

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, ölənlərin arasında 29 yaşlı ikinci pilot Rüstəm Kərimov da var.

O, 2014-cü ildə Ryazan vilayətindəki Sasovo Mülki Aviasiya Akademiyasını bitirib.

Qəzadan bir neçə gün əvvəl Kərimov həyat yoldaşı ilə toylarının dördüncü ildönümünü qeyd edib.

Qeyd edək ki, avqustun 23-ü axşam saatlarında Tver vilayətində "Embraer" təyyarəsi qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 10 nəfər olub.

Onların hamısı ölü kimi siyahıya alınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az