ABŞ-da dondurma aparatlarının düzgün təmizlənməməsi nəticəsində ortaya çıxan Listeria bakteriyası ilə çirklənmiş "milkshake" adlı içkini qəbul edən 3 nəfər ölüb, 3 nəfər isə xəstəxanaya yerləşdirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Vaşinqton ştatının Səhiyyə Departamenti hadisə ilə bağlı açıqlama yayıb.
Rəsmilər Frugal adlı restoranda dondurma aparatlarının təmizlənməməsinin qida yoluxucu “Listerioz epidemiyası”na səbəb olduğunu bildirib.
Xəstələnən 6 nəfərin 40-79 yaş arasında olduğu və immun sistemlərinin zəiflədiyi qeyd edilib.
Bundan sonra ərazidə süd kokteyllərinin satışı dayandırılıb, bütün milkshake avadanlıqları təmizlənmək və yenidən sınaqdan keçirmək üçün müstəqil bir müəssisəyə göndərilib.
Xüsusilə uşaqlar, hamilə qadınlar və yaşlılar üzərində təsirli olduğu bilinən Listeria bakteriyası adətən torpaqda, suda və heyvanlarda olduğu üçün qida yolu ilə insanlara bulaşır.
Yüksək hərarət, baş ağrısı, kramp, ürəkbulanma və ishal kimi simptomlarla ortaya çıxan xəstəlik körpələrdə, yaşlılarda və immun sistemi zəif olan insanlara ölümcül təsir göstərir.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatlarına görə, ABŞ-da hər il təxminən 1600 nəfər listeriyaya yoluxur və onlardan 260-ı ölür.
Aygün
Manşet.az