Pakistanda 6-sı uşaq olmaqla 8 nəfər saatlarla yüzlərlə metr hündürlükdəki kanatda köməksiz vəziyyətdə qalıb.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, polis hadisəyə səbəb kimi, iki kabelin qopmasını göstərib.
Kanatın sahibi Malik Gülzar və onun operatoru “səhlənkarlıq” və bu kimi cinayətlərə görə saxlanılıb.
Məlumata görə, Hayber Pahtunhva əyalətində yol və körpü infrastukturu olmadığı üçün çaydan keçid yerli əhali tərəfindən kanat yolu ilə təmin edilir.
Qeyd edək ki, bir müddət öncə baş verən hadisə zamanı 4 saat köməksiz qalan şəxslər xilas ediliblər.