“Ukraynanın “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin ölümü ilə əlaqəsi yoxdur”.
Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Kiyevdə jurnalistlərə açıqlamasında Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Bizim bununla əlaqəmiz yoxdur. Hər kəs kimin əlaqəsi olduğunu anlayır”, - deyə Zelenski qeyd edib.