Türkiyənin Ədirnə şəhərində ev sahibi ilə kirayəçi arasındakı dava qanla bitib.
Manset.az azxeber.com-a istinadla xəbər verir ki, davada kirayəçisinə balta ilə xəsarət yetirən ev sahibi həbs edilib.
Ev sahibi tərəfindən yaralanan kirayəçinin Ədirnə Dövlət Xəstəxanasında müalicəsi davam edir.