Avqustun 24-də axşam saatlarında Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Dmanisi rayonunun ərazisində zəlzələ baş verib.
Manset.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzindən məlumat verilib.
Bildirilir ki, yeraltı təkanlar Dmanisidən 9 kilometr cənub-şərqdə yerləşən Sakireti kəndi yaxınlığında 4,1 bal gücündə olub.
Qeyd edək ki, Gürcüstan orta seysmik aktiv zona hesab olunur.