Nigeriyada Boko Haram üzvləri Borno əyalətinin Jere rayonunda odun yığmağa gedən sakinlərə hücum edib.
Manset.az yerli mətbuatın məlumatına istinadən xəbər verir ki, hücumda 42 qadın və qız qaçırılıb, 4 qadın Boko Haramdan qaça bilib.
Qeyd edək ki, Nigeriyada 2000-ci illərin əvvəllərindən bəri mövcud olan Boko Haramın həyata keçirdiyi kütləvi zorakılıqlarda on minlərlə insan həyatını itirib.
Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir.
Jalə
Manşet.az