Bu ölkə "vətəndaşlığı olmayan" əfqanlara xüsusi pasport verəcək

23:47 - 24 Avqust 2023

Bu ölkə \"vətəndaşlığı olmayan\" əfqanlara xüsusi pasport verəcək

İsveçrə öz ölkəsində yaşayan və etibarlı rəsmi sənədi olmayan və hazırda “vətəndaşlığı olmayan” hesab edilən əfqanlara xüsusi pasport verəcək.

 

Manset.az xəbər verir ki, İsveçrə Dövlət Miqrasiya Katibliyinin (SEM) sözçüsü Daniel Bach, İsveçrədə yayımlanan SRF televiziyasına verdiyi açıqlamada, İsveçrədə yaşayan və sənədi olmayan əfqanlara xüsusi İsveçrə pasportu (etibarlı rəsmi sənəd) hüququ verəcəklərini deyib.

Bach bildirib ki, bu pasportu alan əfqanlar bir çox ölkələrə səyahət edə bilərlər.

İmmiqrasiya Katibliyi bu təcrübəyə iyul ayında əfqanların öz ölkələrindən sənəd ala bilmədiyi və buna görə də “vətəndaşlığı olmayan” hesab edilməli olduğu barədə məhkəmə qərarından sonra başlayıb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az