Yunanıstandakı meşə yanğınlarında ölənlərin sayı durmadan artır

14:00 - 25 Avqust 2023

Yunanıstandakı meşə yanğınlarında ölənlərin sayı durmadan artır

Qeyri-qanuni bir mühacirə aid olduğu düşünülən cəsədin Yunanıstanın Evros bölgəsində yanan Dadia meşəsi ərazisində tapıldığı bildirilib.

 

Manset.az azxeber.com-a istinadən xəbər verir ki, bu barədə Yunanıstan Dövlət Televiziyasının bölgədən verdiyi məlumatda deyilib.

Bu gün səhər saatlarında Kavacık (Lefkimi) kəndi yaxınlığındakı meşəlik ərazidə yanmış cəsəd tapılıb.

Yarılmaq üçün Ədliyyə Tibb Təşkilatına aparılan cəsədin Evros çayını keçərək Yunanıstana keçməyə çalışan qeyri-qanuni bir mühacirə aid olduğu güman edilir.

Avqustun 19-dan ölkə ərazisində davam edən yanğınlar tam nəzarət altına alına bilməsə də, 7-ci gündə təsirini itirib.

Avqustun 22-də Dadia meşəsi ərazisində 2-si uşaq olmaqla 18 nəfərin cəsədi tapılıb, ehtimal ki, onlar Evros çayını keçərək Yunanıstana keçməyə çalışan qeyri-qanuni miqrantlara aiddir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az