Putin Priqojinin dəfn mərasimində iştirak edəcək? – KREMLDƏN AÇIQLAMA

15:00 - 25 Avqust 2023

Putin Priqojinin dəfn mərasimində iştirak edəcək? – KREMLDƏN AÇIQLAMA

"Vaqner”in lideri Priqojinin təyyarəsi qəzasında ölümündən sonra Kreml diqqətçəkən açıqlama verib.

 

Manet.az azxeber.com-a istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Qərbdə Priqojinin Putinin göstərişi ilə öldürüldüyünə dair iddiaları yalan adlandırıb. Təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı araşdırmanın davam etdiyini qeyd edən Peskov Putinin Priqojinlə son vaxtlar görüşmədiyini qeyd edib.

Rusiya liderinin Priqojinin dəfn mərasimində iştirak edib-etməyəcəyi ilə bağlı suala Kremlin sözçüsü belə cavab verib: "Bunu demək çətindir, lakin Putinin çox sıx qrafiki var”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az