ABŞ-da F-16 döyüş təyyarələrində ukraynalı pilotlara veriləcək uçuş təlimi oktyabrda başlayacaq.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü briqada generalı Pat Ryder məlumat verib.
Bildirilib ki, pilotlar gələn ay ingilis dili təhsili aldıqdan sonra Arizonada keçiriləcək uçuş təlimində iştirak edəcəklər. Rayder təlimə çoxlu sayda pilot və onlarla təyyarəyə texniki qulluq heyətinin qatılacağını qeyd edib.
ABŞ prezidenti Co Bayden keçən may ayında ukraynalı pilotlar üçün F-16 təlim proqramlarını, avqustun 18-də isə ABŞ tərəfindən Danimarka və Hollandiyaya F-16 qırıcılarının göndərilməsini təsdiqləyib. İndiyədək Danimarka, Hollandiya və Norveç Ukraynaya F-16 qırıcıları bağışlayacaqlarını bəyan ediblər.
Digər tərəfdən, 8 ukraynalı pilot və 65 personal Danimarkanın Skridstrupdakı hərbi hava bazasında F-16 təlimi almağa başlayıb.
Aygün
Manşet.az