Ukrayna gecə saatlarında 42 pilotsuz uçuş aparatı (PUA) ilə Krıma hücum etməyə cəhd edib.
Manset.az KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Nazirlikdən verilən yazılı açıqlamada 42 PUA-nın hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edildiyi və hücumunun qarşısı alındığı bildirilib.
Qeyd edək ki, Krım 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilib.
Aygün
Manşet.az