ABŞ Müdafiə Nazirliyi Tverdə qəzaya uğrayan şəxsi təyyarədə həyatını itirən rus muzdlu “Vaqner” qrupunun qurucusu Yevgeni Priqojinin “öldürüldüyünü” iddia edib.
Manset.az KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü briqada generalı Pat Rayd mətbuata açıqlama verib.
Rayd ABŞ-ın Priqojinin öldürüldüyünü düşündüyünü vurğulayıb. O bildirib ki, müxtəlif faktorlara əsaslanan ilkin qiymətləndirməmiz onun öldürüldüyü istiqamətindədir.
Pentaqon sözçüsü qəzaya uğrayan təyyarəyə yer-hava raketinin atıldığına dair iddiaları təsdiq edəcək heç bir məlumat olmadığını bildirib. Lakin təyyarənin içərisində bombanın partlayıb-partlamaması ilə bağlı şərh verməkdən imtina edib.
Aygün
Manşet.az