G7 ölkələrinin xarici işlər nazirləri və Avropa İttifaqının (Aİ) ali nümayəndəsi Şimali Koreyanın ballistik raket texnologiyasından istifadə edərək orbitə peyk çıxarmaq cəhdini kəskin şəkildə pisləyib.
Manset.az KİV-ə istinadən xəbər verir ki, bu barədə G7 xarici işlər nazirləri və Aİ ali nümayəndəsinin birgə bəyanatında deyilir.
Sözügedən sınağın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) müvafiq qətnamələrinin pozulmasına diqqət çekilib. Bu sınağın regional və beynəlxalq sülh və sabitliyə təhdid olduğu bildirilib.
Şimali Koreyanın beynəlxalq ictimaiyyətin çağırışlarına baxmayaraq raket sınaqlarını davam etdirdiyi vurğulanıb. Qeyd edilib ki, Şimali Koreyanı bir daha kütləvi qırğın hücumlarından, ballistik raket proqramlarından və nüvə silahlarından tamamilə, təsdiqedici və geri dönməz şəkildə imtina etməyə dəvət edirik.
Bəyanatda beynəlxalq ictimaiyyətin, xüsusilə də BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya “qətiyyətli və qəti” cavab verməli olduğu bildirilib.
Aygün
Manşet.az