Kirayəçinin tərk etdiyi evdən kilolarla zibil çıxdı

18:29 - 25 Avqust 2023

Kirayəçinin tərk etdiyi evdən kilolarla zibil çıxdı

Türkiyənin Kayseri şəhərinin  Talas rayonunda kirayəçinin tərk etdiyi evdən kilolarla zibil çıxıb.

 

Manset.az TRT Haber-ə istinadən xəbər verir ki, mənzildə yaşayan kirayəçisindən təxminən 7 aydır xəbər ala bilməyən ev sahibi qonşuların evdən iy gəldiyindən şikayət etməsindən sonra polis qrupları ilə birlikdə evə daxil olub.

Çilingərin köməkliyi ilə daxil olan mənzilin 3 otağının zibillə dolduğu görülüb.

Kilolarla zibil çıxaran evə qruplar tərəfindən təmizlik işləri aparıldıqdan sonra dərman vurulub.

Fevralın 6-da baş verən zəlzələlərdən sonra evi tərk etdiyi iddia edilən Kahramanmaraşlı qadının uzun müddətdir kirayə haqqını ödəmədiyi öyrənilib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az