Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Yunan Kiprində məscidə edilən hücumu pisləyib.
Manset.az xəbər verir ki, bu gün yunan Kiprində yerləşən məscidə molotov kokteyli ilə hücum edilib.
Tatar bunu tolerantlığa vurulan zərbə adlandırıb:
"Hücum dünya üzrə 2 milyarddan çox insanın inanclarına və müqəddəs dəyərlərinə qarşı yönləndirilib. Bunu demokratiya və fikir azadlığı ilə izah etmək mümkün deyil. Hücumu təşkil edənlər cəzalandırılmalıdır”.
Qeyd edək ki, polis hücumla bağlı araşdırma apardığını bildirib.