Kiyev Almaniyadan “Taurus” qanadlı raketlərini alacaq

00:11 - 27 Avqust 2023

Kiyev Almaniyadan “Taurus” qanadlı raketlərini alacaq

Almaniya Ukraynaya “Taurus” qanadlı raketlərini tədarük edəcək.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

"Bild", "Welt" və "Politico"ya müsahibə verən Reznikov, "Mən çox optimistəm və gələcəkdə Almaniyadan “Taurus” alacağımızı görürəm" açıqlamasını verib.

Qeyd olunur ki, Ukraynanın tərəfdaşı olan Almaniya artıq Kiyevə bir çox müasir sistemlər verib. Eyni zamanda, Reznikov qanadlı raketlərin nə vaxt əldə olunacağını deməyib.

"Amma bunun bir il çəkəcəyini düşünmürəm" deyə Reznikov bildirib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az