Ermənistanın baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyan Sünik rayonunun Bnunis icmasında 2020-ci ildə 44 günlük müharibə zamanı Azərbaycan ordusunun hərbçiləri tərəfindən məhv edilmiş erməni əsgər Edqar Marqryanın xatirəsinə inşa olunmuş qonaq evinin açılışında rəqs edib.
Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, A.Akopyan bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.
O, “Bnunisdə yeni bir turist ünvanı var: Edqarın Evi/”Edgar's House”. Qonaq evi bu gün öz qapılarını qonaqların üzünə açdı”, - sözlərini yazıb və fotolarını paylaşıb.