Bayden Floridada baş verən “irqçi” hücumu pislədi

13:16 - 28 Avqust 2023

Bayden Floridada baş verən “irqçi” hücumu pislədi

ABŞ prezidenti Co Bayden Florida ştatında bir amerikalının 3 qaradərilinin ölümü ilə nəticələnən “irqçi” hücumunu pisləyib.

 

Manset.az xarici mediaya istinadəm xəbər verir ki, Bayden hadisə ilə bağlı yazılı açıqlama verib.

ABŞ prezidenti "irqçi səbəblərlə" həyata keçirilən hücumu qınayaraq ABŞ-da ağların üstünlüyünə yer yoxdur və bunu açıq və qəti şəkildə söyləməliyik deyib:

“Amerika xalqı qaradərililərin "irqlərinə görə" güllələnməkdən qorxduğu bir ölkədə yaşamaqdan imtina etməlidir. Nifrətin təhlükəsiz sığınacağı olmamalıdır. Susmaq şəriklikdir. Ona görə də susmamalıyıq. Jill və mən həyatını itirənlər və ailələri üçün dua edirik. Ceksonville xalqı birlikdə yas tuturuq."

Qeyd edək ki, ötən günün axşam saatlarında Ceksonvil şəhərində qaradərililərin məskunlaşdığı məhəllədəki bazara maskalı ağ amerikalıların silahlı hücumu həyata keçirilib. Hücum edən şəxsin qaradərililərə nifrət etdiyi vurğulanıb. 20 yaşlı təcavüzkarın sosial media hesabında irqçi paylaşımlar etdiyi və hücumdan sonra özünə atəş açaraq intihar etdiyi açıqlayıb.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az