Şimali Koreyanın sərhəd qapılarını açmasının səbəbi açıqlandı

14:16 - 28 Avqust 2023

Şimali Koreyanın sərhəd qapılarını açmasının səbəbi açıqlandı

Şimali Koreya son 3 ildə ilk dəfə sərhədlərini açıb.

 

Manset.az xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, Cənubi Koreyanın Birləşmə Nazirliyinin sözçüsü Koo Byonq-sam Şimali Koreyanın bu addımının səbəbinin iqtisadi çətinliklər olduğunu iddia edib.

Koo Pxenyanın yalnız xaricdəki personalının ölkəyə qayıtmasına icazə verdiyinə toxunub. O, Çinə sığınan Şimali Koreyalıların zorla ölkələrinə qaytarıla biləcəyi ilə bağlı ciddi narahatlıqların olduğunu bildirib.

Beləki, Şimali Koreya COVİD-19 epidemiyası səbəbiylə 3 ildir bağlanmasının ardından xaricdəki vətəndaşlarının ölkəyə qayıtmasına icazə verdiyini dünən açıqlayıb.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az