Rusiya Ukrayna qanadlı raketinin Qara dəniz üzərində məhv edildiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi səhər saatlarında baş verən hücumla bağlı məlumat verib.
Bildirib ki, bu gün Kiyev rejiminin Rusiya ərazisindəki obyektlərə qarşı yeni terror aktının qarşısı alınıb. Ukraynaya məxsus qanadlı raket Qara dənizdə, Krım sahillərində hava hücumundan müdafiə sistemləri tərəfindən havada məhv edilib.
Qeyd edək ki, Krım 2014-cü ildə qanunsuz olaraq Rusiya tərəfindən ilhaq edilib.
Aygün
Manşet.az