Türkiyədə güclü zəlzələ oldu

09:22 - 29 Avqust 2023

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Konya şəhərinin Kulu rayonunda 4,8 bal gücündə zəlzələ baş verib.

 

Manset.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yerli vaxtla saat 07:58-də (Bakı vaxtı ilə 08:58 - red.) baş verən zəlzələnin ocağı 13,57 kilometr dərinlikdə olub.

Zəlzələ Ankara və ətraf vilayətlərdə hiss edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az