ABŞ-da universitetə ​​silahlı hücum: 1 ölü

10:40 - 29 Avqust 2023

ABŞ-da universitetə ​​silahlı hücum: 1 ölü

ABŞ-ın Şimali Karolina Universitetində baş verən atışmada müəllim öldürülüb.

 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Universitet dünən Chapel Hill kampusunda “silahlı və təhlükəli adam” olduğu barədə xəbərdarlıq edib.

Polis geniş təhlükəsizlik tədbirləri ilə universitetin giriş-çıxışlarını bağlayaraq saatlarla şübhəlini axtarıb.

Polis rəsmiləri təcavüzkarın hadisədən təxminən 3 saat sonra nəzarətə alındığını qeyd edib. Şübhəlinin şəxsiyyəti və hücumun səbəbi ilə bağlı məlumat verməyib.

Səlahiyyətlilər hücumla bağlı araşdırmaların davam etdiyini bildiriblər.

Yeni tədris ilinin ikinci həftəsinə qədəm qoyan Şimali Karolina Universitetində 4 min müəllim, 9 min işçi və 32 min tələbə var.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az