İndoneziyanın Bali dənizi sahillərində 7,1 bal gücündə zəlzələ baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat verib.
Təxminən 515 kilometr dərinlikdə baş verən zəlzələdə hələlik can və ya mal itkisi qeydə alınmayıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.
Ötən il İndoneziyanın Qərbi Yava əyalətində baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində 300-dən çox insan ölüb, minlərlə insan yaralanıb.
Aygün
Manşet.az